GƏNC FƏALIN MƏHKƏMƏSİNDƏ EKSPERT VƏ MÜSTƏNTİQ İFADƏ VERƏCƏK

Aprelin  29-da Sumqayıt şəhər məhkəməsində hakim İlqar Məmmədovun sədrliyi ilə AXCP Gənclər təşkilatının üzvü Cabbar Savalanlının barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama)  maddəsi ilə açılan cinayət işi üzrə  məhkəmə prosesi keçirildi. Gənc fəalın vəkili  Anar Qasımov RATI-yə proses barədə məlumat verib.

Vəkil Anar Qasımov bildirdi ki, proses ilk olaraq,  şahidlərin ifadə verməsi ilə başlayıb. Belə ki, hal şahidi Şıxəliyev Rəhim, İsmayılov Məhərrəm, o cümlədən polis işçiləri Vüsal Abbasov, Elnur Məmmədov, Faiq Mirzəliyev ziddiyətli  ifadə veriblər və vəkillərin sualllarını cavablandırmaqda çətinlik çəkiblər

Vəkilin sözlərinə görə, müdafiə tərəfi olaraq, Cinayət Prosessual Məcəlləsinə əsasən hal şahidlərinin  verilən tələblərə uyğun olmaması əsas gətirilərək, verdikləri ifadənin etibarsız hesab edilməsi və təkrar narkoloji ekspertizanın keçirilməsi, eləcə də ekspertlərin yenidən dindirilməsi və müstəntiq Ziyadxan Əliyevin prosesə dəvət edilməsi barədə vəsatətlər qaldırıblar.

Hakim İlqar Məmmədov   ekspertin  və müstəntiqin məhkəməyə dəvət edilməsi ilə bağlı vəsatətlərin təmin edildiyini deyərək, prosesi 3 may saat 12:00-a təyin edib.

            Xatırladaq ki, Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.

 

 

Previous Post

“AZADLIQ” QƏZETİNİN REPORTYORUNUN DÖYÜLMƏSİ FAKTI İLƏ BAĞLI CİNAYƏT İŞİ AÇILIB

Next Post

BAŞ REDAKTORUN HƏBSDƏ ÖLMƏSİ FAKTI İLƏ BAĞLI VERİLƏN APELLYASİYA ŞİKAYƏTİ DƏ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.