HÜQUQ MÜDAFİƏÇİSİ VƏ JURNALİSTİN DÖYÜLMƏSİ İLƏ BAĞLI CİNAYƏT İŞİ YEKUNLAŞMAQ ÜZRƏDİR

Xarici  hüquq müdafiəçisi və jurnalistin döyülməsi ilə bağlı açılan cinayət işi yekunlaşmaq üzrədir. Bu barədə “Azadlıq” radiosuna məlumat verən Bakının Yasamal rayon polis idarəsinin müstəntiqi Erol  Əliyevin sözlərinə görə, ABŞ vətəndaşı  Amanda Erickson  və Böyük Britaniya vətəndaşı Celia Daviesi döyməkdə şübhəli bilinən şəxslərin istintaqı hələ də davam edir:

“Əgər ortaya qeyri-adi bir şey çıxmasa, avqustun ortalarına kimi iş məhkəməyə göndərilə bilər”
Erol Əliyevin sözlərinə görə, istintaq zamanı əcnəbi qızlarla onları döyməkdə ittiham olunan oğlanlar arasında üzləşmə olmayıb.  Amma  hadisə ilə bağlı şahidlər dindirilib.
Xatırladaq ki, 16 iyun axşam saat 00.20 radələrində Silia Deyvis və Amanda Eriksonun qaldığı evin yaxınlığında idmançı bədən quruluşuna malik 4 nəfər kişinin hücumuna məruz qalıblar.  Onlar  xanımların üzərinə hücum çəkib və heç bir izahat vermədən onları döyməyə başlayıb. Hadisədən əvvəl xanımlar bu şəxslərin  onları izlədiyini görüblər. Nəticədə xanımlar ciddi zədələr alıblar. RATİ əməkdaşı Silia Deyvisin sol qolu sınıb və onun əməliyyat olunmasına zərurət yaranıb.
Amanda Erikson və Silia Deyvis yerli QHT-lərlə əməkdaşlıq etməklə bərabər jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirirdilər. Amanda Erikson həmçinin “Vaşinqton Post” və “Nyu-York Tayms” qəzetləri ilə də əməkdaşlıq edir.

Previous Post

İCTİMAİ PALATA BƏYANAT VERDİ

Next Post

DAHA BİR ƏCNƏBİ JURNALİST AZƏRBAYCANA BURAXILMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.