“Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacının Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı tərəfindən döyülməsi ilə bağlı Cinayət Məcəlləsinin 163.1 (jurnalistin qanuni fəaliyyətinə mane olma) Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb. Bu barədə RATİ-ə Hacı məlumat verib.
O, bildirib ki, bu gün (16 dekabr) Binəqədi rayon Prokurorluğunda olub və hadisə ilə bağlı izahat verib.
RATİ-nin əməkdaşı ilə telefon söhbətində QAT sədri Nağı ona qarşı cinayət işinin aşılması barədə mətbuatdan xəbər tutduğunu deyib: “Mənə cinayət işi barədə heç kim xəbər verməyib və heç yerə də dəvət olunub dindirilməmişəm”.