PARTİYA SƏDRİNİN İDDİASI İLƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (16 dekabr) Binəqədi rayon Məhkəməsində hakim Maarif Kazımovun sədrliyi ilə “Ədalət” Partiyasının sədri, Azərbaycan Milli Məclisinin üzvü (millət vəkili) İlyas İsmayılovun Cinayət Məcəlləsinin (CM) 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında  “Nota” qəzetinin baş məsləhətçisi Fərəməz Novruzoğluna (Allahverdiyev) və “24 saat” qəzetinin baş redaktoru İlham Tumasa (Ağayev) qarşı qaldırdığı iddia üzrə məhkəməyə hazırlıq iclası keçirilib.

 Qeyd edək ki,  iddiaya səbəb “24 saat” qəzetinin 28 may 2008-ci il tarixli sayında “Rusiya İlyas İsmayılovun üstündən xətt çəkib” (Məqalədə İsmayılov separatçılarla əlaqəli olmaqda və Rusiyanın sifarişi ilə fəaliyyət göstərən siyasətçi olmaqda ittiham edilib – red.) başlıqlı məqaləsi olub.
 
 Məhkəmədə çıxış edən Novruzoğlu sözü gedən məqalənin onun tərəfindən yazılmadığını bildirib: “Mən hər hansı bir qəzetə yazı təqdim edərkən həmin yazının əlyazmasını öz imzamla təsdiqləyirəm. Belə bir yazını yazıb həmin qəzetə verməmişəm və bunu sübut edən heç bir əsas da yoxdur”.
 
 Prosesdə digər cavabdeh  – Tumasın iştirak etmədiyi üçün sonda hakim prosesi dekabrın 23-ü saat 15.00-a qədər  təxirə salıb.
 
Qeyd edək ki, məhkəməyə hazırlıq iclasında RATİ əməkdaşlarına foto və video çəkiliş aparmağa icazə verilməyib.
 
 Mövzu ilə bağlı video:http://www.irfs.az/content/view/1643/31/lang,az/
Previous Post

JURNALİSTİN DÖYÜLMƏSİ İLƏ BAĞLI CİNAYƏT İŞİ AÇILIB

Next Post

2009-CU İLİN YANVARINDAN “ÇTO? QDE? KOQDA?” VERİLİŞİNİN YAYIMI DAYANDIRILACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.