
Məhkəmə başlanan kimi müdafiə tərəfi məhkəməyə 3 vəsatət təqdim edib. Təqdim edilən vəsatətlərdən cinayət işinin materiallarına əlavə sübutların daxil olunması təmin edilib. Əlavə şahidlərin dindirilməsi ilə bağlı qaldırılan vəsatət baxılmamış saxlanılıb. Müdafiə hüququnun pozulması ilə bağlı təqdim olunan vəsatət isə təmin olunmadı.
Bundan sonra dövlət ittihamçısının təqdim etdiyi şahidlər dindirildi. Şahidlərin dindirilməsi zamanı ittihamın saxta və qurama olduğu dərhal üzə çıxdı.
Şahid Şərur rayon Enerji İdarəsinin satış müdiri İsmayılov İslam izahat verərkən etiraf etdi ki, o, həqiqətən Mehdiyevin xahişi ilə 2010-cu ilin iyulunda cavabdehə 2 faza elektrik sayğacı, 2011-ci ilin iyulun 12-də isə üç faza elektrik sayğacı verib və deyib ki, aparıb quraşdırsın. İttihamda isə Mehdiyevin icazəsiz sayğac quraşdırması və dövriyyəyə qoşulması göstərilib.
Mehdiyevin vurduğu ziyanın karkuliyasiyası zamanı 14 ayın bütün günləri və fəsillərə görə eyni qayda ilə hesablanıbmı? Vəkilin Sualına isə şahid müsbət cavab verdi. Bundan sonra müdafiə tərəfin vəkili Ə. Mustafayevin xahişi ilə hakim karkuliyasiyanı elan etdi. Məlum oldu ki, şahidin dediyindən fərqli olaraq karkuliyasiya zamanı ittihamda göstərilən 14 ayın bütü günləri və bütün fəsillər eyni qayda ilə götürülüb.
Vəkilin yuma sexində olan bütün cihazların hamısının 14 ay müddətində istifadə olunmasını nə ilə əsaslandıra bilərsiniz? sualına isə şahid cavab verməkdən yayındı.
14 ay müddətində hər ay nəzarətçi Mehdiyevin evinə getdiyi, evdə işlətdiyi elektrikin pulunu aldığı və elektrik xətlərinə nəzarət etdiyi halda nə üçün 14 ay müddətində Mehdiyevin qanunsuz elektrik xətti çəkdiyini aşkar edə bilməyiblər? sualına da şahid cavab verməkdən yayındı.
Bundan sonra şahid kimi Şərur rayon Elektrik İdarəsinin baş mühəndisi və müdir əvəzi Seyidov Şücəddin Mirəziz oğlu dindirildi.
Sizin satış şöbəsinin müdiri Mehdiyevə iki dəfə sayğac verib ki, apar quraşdır və bizə xəbər et, gələk sayğacı möhürləyək. Bu nə qədər qanunidir ki? İstehsalçıya sayğac verilir ki, apar quraşdır. Sualını verən müdafiə tərəfinə şahid “bilmirəm” deyə cavab verdi.
Müdafiə tərəfi şahid Şərur rayon Enerji İdarəsinin satış müdiri İsmayılov İslama verilən sualları mühəndis şahid Seyidov Şücəddinə ünvanladı və bütün suallara cavab olaraq şahid “bilmirəm”-deyə cavab verdi.
Sonra şahid qismində Şərur rayon Cəlikənd bələdiyyəsinin sədri Ramazanov Nüsrət Məmməd oğlu şahid qismində dindirildi.
Haradan bilirsiniz ki, Mehdiyevin obyekti 2010-cu ilin yanvar ayından işləyir? Vəkilin verdiyi suala şahid “ vergi işçilərindən eşitmişəm”-deyə cavab verdi.
Mehdiyevin yuyucu sexində gündə neçə maşın yuyulurdu? Sualına isə şahid 3-4 cavabını verdi.
Hakim Zülfüqarov şahidə ibtidai istintaqda verdiyi izahatı təsdiqlədiyini soruşdu. Şahid isə bəli, təsdiq edirəm cavabını verdi. Hakim ona ibtidai istintaqda izahatında hər gün “moykada” 15-20 avtomobil yuyulduğunu yazdığını xatırlatmaq istəsədə, şahid etiraz edərək dedi: “Bu ola bilməz mən o cür deməmişəm. Mən demişəm ki, həftə ərzində Mehdiyevin yuyucu sexində 15-20 maşın yuyular. Mən gün ərzində 15-20 maşın yuyulduğunu deməmişəm”.
Sonda kəndin bələdiyyə sədri Ramazanov kəndlərində cəmisi 15-20 maşın olduğunu da etiraf etdi.
Növbəti proses sentyabrın 23 saat 11.00-a təyin edildi