REDAKTORLAR BİRLİYİ JURNALİST İDRAK ABBASOVUN VALİDEYNLƏRİNƏ BAŞ ÇƏKƏCƏK

Bu gün (13 sentyabr) Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutunun  mətbuat mərkəzində Redaktorlar Birliyinin növbəti iclasında “Gündəm Xəbər” qəzetinə qarşı Mətbuat Şurasının müraciəti ilə qaldırılmış cinayət işi, jurnalist İdrak Abbasovun ailə üzvlərinə fiziki təzyiqlərlə bağlı müraciətlər müzakirə edilib.

  İclasda “Gündəm Xəbər” qəzetinə qarşı ittihamın əsaslılığının araşdırılması barədə qərar qəbul edilib. Eyni zamanda, redaktorlar jurnalist İdrak Abbasovun ailə üzvlərinin hüquqlarının qorunması ilə bağlı işlərin təşkili, onların xəstəxanada müalicəsinin vəziyyətini öyrənmək üçün xəstəxanaya baş çəkmək və nəhayət jurnalistin valideynlərinin yaşadığı evi uçurmuş Binəqədi Oil şirkətinə getmək barədə qərar qəbul edib. Bunun üçün redaktorlar və hüquq müdafiəçilərindən ibarət qrup yaradılıb.

 

Previous Post

MƏHKƏMƏdə DİNLƏNİLƏN ŞAHİD İFADƏLƏRİ JURNALİSTƏ QARŞI QALDIRILMIŞ CİNAYƏT İŞİNİN QURAMA OLDUĞUNU

Next Post

JURNALİSTLƏR VƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİ NAXÇIVANA MÜTƏMADİ SƏFƏRLƏR EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.