“DALGA” GƏNCLƏR HƏRƏKATI AKSİYA KEÇİRİB

Dünən (21 aprel) “Dalğa” Gənclər Hərəkatı Gənclər və İdman Nazirliyi qarşısında Lənkəran Dövlət Universitetinin (LDU) tələbəsi Pərviz Əzimovun hüquqlarının bərpa olunması məqsədilə aksiya keçirib.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Dalğa” Gənclər Hərəkatının sədri Vəfa Cəfərova verib. Onun bildirdiyinə görə, aksiya zamanı Hərəkatın fəalları Gənclər və İdman Naziri Azad Rəhimovla görüş tələb etməklə yanaşı P. Əzimovun universitetə bərpa olunmasını və ona qarşı bu təxribatı hazırlayan insanların ondan üzr istəməsini tələb ediblər.
V. Cəfərova həmçinin tələbənin işi ilə bağlı digər dövlət qurumlarına müraciət etdiklərini, lakin nəticə əldə edə bilmədiklərini söylədi. O, aksiya zamanı “Dalğa”nın üzvlərinə heç bir təzyiqin olmadığını, lakin aksiya bitəndən sonra polis işçilərinin oraya gəldiyini bildirdi.
Vəfa Cəfərova onu da bildirdi ki, P. Əzimovun universitetdən xaric edilməsi ilə əlaqədar Lənkəran şəhər məhkəməsinə, nəticə olmazsa, Apellyasiya Məhkəməsinə müraciət ediləcək. O, həmçinin məhkəmələrin ədalətli qərar verəcəklərinə inanmadığını da vurğuladı.
Xatırladaq ki, Pərviz Əzimovun LDU-dan xaric olunmasının səbəbi kimi onun universitetin daxili nizam – intizam qaydalarını pozması göstərilir.
Previous Post

ELAN!

Next Post

“XURAL” QƏZETİNİN BAŞ REDAKTORU MƏHKƏMƏYƏ VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.