“XURAL” QƏZETİNİN BAŞ REDAKTORU MƏHKƏMƏYƏ VERİLİB

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı məhkəməyə verilib.

Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun özü verib. Onun bildirdiyinə görə, iddiaçı, Azərbaycan vətəndaşı İrina Hüseynova, “Xural” qəzetində özünün haqqında dərc edilmiş silsilə yazılarda şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək xüsusi ittiham qaydasında iddia qaldıraraq baş redaktorun həbs edilməsini tələb etmişdir.
Qeyd edək ki, iş Nərimanov Rayon Məhkəməsinin hakimi Sevinc Əliyevanın icraatındadır və işlə bağlı hazırlıq iclası aprel ayının 24-ü saat 16:00 da keçiriləcək.
Previous Post

“DALGA” GƏNCLƏR HƏRƏKATI AKSİYA KEÇİRİB

Next Post

“NOTA” QƏZETİ MƏTBUAT ŞURASI TƏRƏFİNDƏN “REKET QƏZETLƏR” SİYAHISINA SALINMASINA ETİRAZ EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.