“DALĞA” GƏNCLƏR HƏRƏKATI MƏTBUAT KONFRANSI KEÇİRDİ

Bu gün (8 aprel) “Dalğa” Gənclər Hərəkatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Azadlıq evdən başlayır” adlı layihənin çərçivəsində yekun hesabatla bağlı mətbuat konfransı keçirdilər.

Tədbirdə ilk çıxış edən Dalğa Gənclər Hərəkatının sədri Vəfa Cəfərova Lənkəranda keçirdikləri “Ata məni ərə yox, məktəbə göndər” kampaniyasının effektli nəticələri olacağını vurğuladı. Onun sözlərinə görə, cənub bölgəsində erkən nikah problemi daha qabarıqdır. Bölgələrdə təhsilin və maarifçiliyin aşağı səviyyədə olmasından danışan V.Cəfərova, bu səbəbdən qızların və oğlanların erkən ailə qurmalarını yolverilməz hal kimi qiymətləndirdi.
Daha sonra tədbirdə çıxış edən “Dalğa” Gənclər Hərəkatının üzvü Ramin Hacılı, “AN” şəbəkəsinin təsisçilər Rəşad Şirin və Emin Milli öz çıxışlarında bildirilər ki, cənub bölgəsində erkən nikahların baş verməsinin əsasında sosial problemlər dayanır. Bu problemlərin həllində keçirdikləri “Ata məni ərə yox, məktəbə göndər” kimi kampaniyanın faydalı nəticə verəcəklərinə inandıqlarını qeyd etdilər.
Previous Post

BƏYANAT

Next Post

MİRZƏ SAKİT BU GÜN DƏ BURAXILMADI 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.