Belə ki bu gün (7 aprel) Yasamal Rayon Məhkəməsinin hakimi Tahir İsmayılov, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin, “Təzadlar” qəzetinə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında baxdığı məhkəmə prosesində jurnalistləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 147 və 148-ci maddələri ilə təqsirli bilərək barələrində əsassız qərar çıxarmışdır.
RATİ A. Mərzilinin məhz bu gün həbs edilməsini təsadüfi hesab etmir. Belə ki, bu fakt, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçilərinin ölkəyə növbəti səfəri öncəsi baş verdiyindən RATİ bu hadisəni Azərbaycan hakimiyyətinin beynəlxalq və demokratik institutlara sərt mesajı kimi qiymətləndirir.
RATİ həmçinin hesab edir ki, siyasi sifariş əsasında 7-ci jurnalistin həbs edilməsi, Azərbaycan hakimiyyətinin azad sözə qarşı başladığı kampaniyanı daha da kəskinləşdirəcəyindən xəbər verir.
RATİ Azərbaycan hakimiyyətini əsassız həbsdə olan bütün jurnalistləri dərhal azadlığa buraxmağı və peşə fəaliyyətlərinə görə jurnalistlərə qarşı yönəlmiş cinayət təqiblərinə son qoymağa çağırır.
RATİ həmçinin beynəlxalq ictimaiyyəti Azərbaycan hökumətini jurnalistləri təqibinə görə qınamağa və hökuməti söz azadlığına qarşı elan etdiyi müharibəyə son qoymağa çağırır.