“DAY.AZ” BU GÜNDƏN ETİBARƏN FƏALİYYƏTİNİ BƏRPA ETDİ

“DAY.AZ” və onun ingilisdilli versiyası olan “TODAY.AZ” saytları bu gündən (26 fevral) etibarən öz fəaliyyətini bərpa edib.

Lakin saytın bir neçə əsas bölməsi – forum və  müsahibələr bölmələri və eləcə də “DAY.AZ” internet radiosu hələ də fəaliyyət göstərmir. Həmçinin saytdan fəaliyyətini dayandırmamışdan öncəki reklamlar da yığışdırılıb.
Qeyd edək ki, dünən “DAY.AZ” və “TODAY.AZ” layihələrinin keçmiş təsisçisi Anar Məmmədxanov mətbuata açıqlamasında, layihənin yeni təsisçisinin kimliyini deməsə də onun bir qeyri hökumət təşkilatı olduğunu bildirmişdir. A. Məmmədxanov həmçinin saytların yeni baş redaktorunun adını da açıqlamışdır. Bu şəxs Trend” İnformasiya-analitik agentliyinin direktoru İlqar Hüseynovdur.
Layihənin keçmiş təsisçisi “Media Forum” saytına verdiyi bugünki müsahibəsində isə İ. Hüseynovun “Trend” agentliyinə başçılıq etməyəcəyini bildirib.
Xatırladırıq ki, “Day.az” və onun ingilisdilli versiyası olan “Today.az” saytları fevral ayının 18-dən bu günə qədər öz fəaliyyətlərini dayandırmışdır. Saytların keçmiş təsisçisi A. Məmmədxanov və keçmiş baş redaktoru E. Baimov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdikləri açıqlamalarda bildirmişdilər ki, saytlar fəaliyyətlərini sırf texniki səbəbdən dayandırıblar.
Previous Post

ABŞ DÖVLƏT DEPARTAMENTİ AZƏRBAYCANDA İNSAN HAQLARI ÜZRƏ VƏZİYYƏTİN PİSLƏŞDİYİNİ BİLDİRİR

Next Post

DAY.AZ”IN KEÇMİŞ BAŞ REDAKTORU YENİ MEDİA LAYİHƏSİNƏ RƏHBƏRLİK EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.