ABŞ DÖVLƏT DEPARTAMENTİ AZƏRBAYCANDA İNSAN HAQLARI ÜZRƏ VƏZİYYƏTİN PİSLƏŞDİYİNİ BİLDİRİR

ABŞ Dövlət Departamenti Azərbaycanda İnsan Haqlarının vəziyyətinə dair 2008-ci il  hesabatını açıqlayıb.

Hesabatda, Azərbaycanda insan haqları sahəsindəki vəziyyətinin zəif olması və hətta bir neçə sahədə daha da pisləşməsi qeyd edilib.  Belə ki, Azərbaycan hökuməti prezident seçkilərində ictimaiyyətin hakimiyyəti dinc yolla dəyişmək hüququnu məhdudlaşdırıb. Polisin və ordunun insanlara etdiyi işgəncə və təzyiqlər nəticəsində üç nəfər vəfat etmişdir.  Bu cinayəti törədən hüquq mühafizə işçiləri cəzasız qalmışlar.
Hesabatda o da bildirilib ki, həbsxana şəraiti də sərt və həyat üçün təhlükəli olmuşdur.  Əsassız həbslər və saxlanılmalar, xüsusi ilə də hökumətin özünə siyasi rəqib hesab etdiyi fərdlərin həbs edilməsi və saxlanılması davam etmişdir.
Hesabatda həmçinin geniş yayılmış korrupsiya, insanların sərbəst toplanmaq azadlığına qoyulan məhdudiyyətlər, insan alveri ilə bağlı problemlərlə yanaşı,  mediaya qarşı olunan təzyiq faktları da öz əksini tapmışdır.
Hesabatın media azadlığına aid bölməsində bildirilib ki, 2008-ci il ərzində Azərbaycan hökuməti media müstəqilliyini məhdudlaşdıran addımlar atmışdır. İl boyunca media azadlığı mühiti əhəmiyyətli dərəcədə pisləşməkdə davam etmişdir.  Belə ki, Muşfiq Huseynov, Qənimət Zahid, Sakit Zahidov və Eynulla Fatullayev də daxil olmaqla, əsassız həbs edilmiş jurnalistlərin işləri və o cümlədən “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilə, Naxçıvanda fəaliyyət göstərən jurnalistlərə və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynova qarşı edilən təzyiqlər də hesabatda öz əksini tapıb.
Azərbaycan hökumətinin xarici radiostansiyaların – “Amerikanın Səsi”, “Azadlıq” və “BBC” radiolarının Azərbaycannın yerli  FM tezliklərində yayımına 1 yanvar 2009-cu il tarixindən etibarən qadağa qoyulması qərarı da hesabatda toxunulan məsələlərdən biri olub.
ABŞ Dövlət Departamentinin Azərbaycanda İnsan Haqlarının vəziyyətinə dair 2008-ci il  hesabatının tam mətnini burada oxuya bilərsiniz:
Previous Post

MİRZƏ SAKİT “AZADLIQ” QƏZETİNDƏN NARAZIDIR

Next Post

“DAY.AZ” BU GÜNDƏN ETİBARƏN FƏALİYYƏTİNİ BƏRPA ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.