“İDEAL” QƏZETİN BAŞ REDAKTORU AZADLIĞA ÇIXDI

Aprel ayının 11-i “İdeal”  qəzetinin baş redaktoru Əli Həsənov cəza çəkdiyi 5 saylı cəzaçəkmə müəssisəsindən azad olunub.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Əli Həsənov səhhətinin normal olduğunu bildirdi. Hazırda qarşıda duran əsas məsələ elmi fəaliyyətinin davam etdirmək olduğunu vurğulayan Ə.Həsənov əvvəlki işinə, yəni Azərbaycan Milli Elmlər Akademiyasının Folklor institutuna bərpa olunmaq işləri ilə məşğul olduğunu bildirdi. “Altun Arık” adlı dastanını Azərbaycan dilinə tərcümə etdiyini bildirən baş redaktorun sözlərinə görə, bu tərcümənin Azərbaycan mədəniyyət tarixində ilk hadisə olduğunu əlavə etdi.
Jurnalist fəaliyyətinə gəlincə isə Ə. Həsənov ”İdeal” qəzetində nə işləmək, nə də qəzet ilə əməkdaşlıq etmək fikrində olmadığını bildirdi.
Xatırladaq ki, Ə. Həsənov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsi ilə təqsirli bilinərək 2008-ci il noyabr ayının 14-də Nəsimi rayon məhkəməsinin qərarı ilə 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

“DAY.AZ RADİO” ÖZ FƏALİYYƏTİNİ BƏRPA ETDİ

Next Post

VƏTƏNDAŞ SƏYYARƏ HEYDAROVA ACLİQ AKSİYASINI DAVAM ETDİRİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.