BAŞ PROKURORLUQ MUXTAR RESPUBLİKA MTN-DƏ BAŞ VERƏN ÖLUM FAKTINI NƏZARƏTƏ GÖTÜRÜB

Azərbaycan Respublikasının baş prokuroru  Zakir Qaralov Naxçıvan Muxtar Respublikası Culfa rayon sakini Turac Zeynalovun ölüm səbəblərinin araşdırılmasını nəzarətə götürüb.  Bu barədə “Turan” informasiya agentliyinə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

 Onun bildirdiyinə görə, sentyabrın 1-də ombudsman Elmira Süleymanova baş prokurora  və Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinə müraciət edərək T. Zeynalovun ölümünün səbəbinə aydınlıq gətirilməsini xahiş edib.  Bu səbəbdən də baş prokuror  T. Zeynalovun ölümünün səbəblərinin araşdırlması ilə bağlı konkret göstərişlər verib.

Xatırladaq ki,  2011-ci il avqustun 24-də Culfa rayonunun Ərəzin kənd sakini T. Zeynalov Muxtar Respublikanın Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb. Həmin gün o, evə qayıtmayıb və orada zorakılığa məruz qalıb. Bir-neçə  gün sonra isə onun cəsədi Mərkəzi Xəstəxananın meyitxanasına verilib. NMR MTN onun dəri xərçəngindən vəfat etdiyi barədə açıqlama yayıb.

Previous Post

ƏLİ HƏSƏNOV HESAB EDİR Kİ, XALQ YALNIZ HÖKUMƏTİN NƏZARƏTİNDƏ OLAN TELEKANALLARDAKI XƏBƏRLƏRƏ İNANIR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.