ƏLİ HƏSƏNOV HESAB EDİR Kİ, XALQ YALNIZ HÖKUMƏTİN NƏZARƏTİNDƏ OLAN TELEKANALLARDAKI XƏBƏRLƏRƏ İNANIR

“İnsanlar daha televiziya və radiolarda verilən informasiyalara inanırlar. Eyni xəbəri qəzetdə oxuyan şəxs, həmin informasiyanı televiziya və ya radioda eşitməmiş ona inanmır”.

APA-nın xəbərinə görə, bunu bu gün (06 sentyabr) Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
            Ə. Həsənov bir sıra qəzetlərin maddi maraqlar naminə eyni adam haqqında pozitiv, yaxud neqativ məlumat yazdığını deyib. Onun sözlərinə görə, bir şəxsdən pul alıb onu müsbət xarakterizə edirlərsə, başqasından pul ala bilməyəndə əleyhinə yazırlar.
            “Qəzet var ki, ən mühüm nazirləri 10 dəfə “tutur”, 15 dəfə işdən “çıxarır””, – deyə Ə. Həsənov əlavə edib.
            Ə. Həsənov hər bir fəaliyyətin əsasında qanunun dayanmalı olduğunu deyib. O, bütün fəaliyyətlərdə şəffaflığın qorunmasının vacibliyini də vurğulayıb. Şöbə müdiri qəzetlərin oxuculara düzgün, səhih məlumatlar çatdırmasının zəruriliyini qeyd edib: “Mən bu ölkənin ən çox qəzet oxuyan adamıyam. Hər gün səhər saat 9-dan günorta saat 2-ə qədər ölkədə və ölkədən kənarda çıxan qəzetləri, həmçinin saytları oxuyur, televiziyalardakı məlumatlardan xəbər tutur, tapşırıqlar verirəm. Ondan sonra cəmi 4 saat vaxtım qalır ki, ölkənin ictimai-siyasi işinin idarəçiliyi ilə məşğul olum”.

Qeyd edək ki, ölkədə ümumrespublika səviyyəsində 9 telekanal fəaliyyət göstərir ki, müstəqil ekspertlər də bunların hamısının hökumətin nəzarətində  olduğu qənaətindədirlər.

Previous Post

“AZADLIQ” QƏZETİNİN VEB SƏHİFƏSİ HÜCUMA MƏRUZ QALIR

Next Post

BAŞ PROKURORLUQ MUXTAR RESPUBLİKA MTN-DƏ BAŞ VERƏN ÖLUM FAKTINI NƏZARƏTƏ GÖTÜRÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.