“PARLAMENTİN SON 5 İLLİK FƏALİYYƏTİ QƏNAƏTBƏXŞDİRMİ?” MÖVZUSUNDA DEBAT KEÇİRİLİB

Bu gün (21 aprel) Azərbaycan Media Mərkəzində “Parlamentin son 5 illik fəaliyyəti qənaətbəxşdirmi?” mövzusunda debat keçirilib.

Debatda hakimiyyət tərəfini deputat Musa Quliyev, müxalif tərəfini isə deputat Nəsib Nəsibli təmsil edib. Hakimiyyətin nümayəndəsi parlamentin üzərinə düşən bütün vəzifələri yerinə yetirdiyi üçün fəaliyyətini qənaətbəxş hesab etsə də, müxalifət tərəfi bunun əksini söyləyib.
Debatda media qanunvericiliyinə tərəfin razılığı olmadan foto, video çəkilişin qadağan olunması maddəsinin tətbiqi də müzakirə olunub. Müxalif tərəf bunu jurnalistin peşə fəaliyyətinin məhdudlaşdırılması kimi dəyərləndirsə də, hakimiyyət tərəfi bu maddədə qadağanın “şəxsi həyata aid olması ilə məhdudlaşdığı” fikrini ifadə edib. Nəsib Nəsibli həmçinin Milli Məclis iclaslarından hazırlanan reportajlarda müxalifət nümayəndələrinin az göstərilməsi və ya heç göstərilməməsini vurğuladı. Musa Quliyev isə onun bu fikri ilə razılaşmadığını diqqətə çatdırdı.
Yekunda N.Nəsibli bu parlamentin sovet dövründəki Ali Sovetdən az fərqi olduğunu, amma parlament ola bilmədiyini deyib. Qarşı tərəf isə parlamentin tam hüquqlu hakimiyyət orqanı olmasında israr edib.

Previous Post

ELAN!

Next Post

“YENİ MÜSAVAT” QƏZETİNİN “AZƏRİQAZ” İSTEHSALAT BİRLİYİNƏ QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.