Bu gün (21 aprel) Xətai rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin “Azəriqaz” İstehsalat Birliyinin rəisi Əkbər Hacıyevə qarşı informasiya sorğusunun cavablandırılmaması ilə bağlı iddiaya əsasən yekun proses keçirilib.
Hakim iddianın təmin edilməməsi ilə bağlı qərar qəbul edib.
Xatırladaq ki, “Yeni Müsavat” qəzeti “Azəriqaz” İstehsalat Birliyinin rəisi Əkbər Hacıyevə ünvanladığı sorğuda Bakı şəhərində fəaliyyət göstərən şadlıq evi kateqoriyasından olan obyektlərdə hər obyekt üçün və hər il üzrə ayrılıqda göstərilməklə 2007-2008-ci illərdə qaz istehlakının həcmi və ödəmə vəziyyəti haqqında məlumat istəyib.
Qeyd edək ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.