“XURAL” QƏZETİ BARƏDƏ ÇIXARILMIŞ SON İKİ QƏRAR BİRLƏŞDİRİLİB

RATİ xəbər vermişdi ki,  “Azərbaycan” Nəşriyyatının “Xural” qəzetinə qarşı qaldırdığı iddia əsasında qəzetin baş redaktoru Əvəz Zeynallı 1 il 6 ay müddətinə aylıq maaşının 15%-i məbləğində islah işləri ilə cəzalandırılmışdı.

Yevlax İcra başçısının və Yevlax ictimaiyyətinin  iddiası  əsasında isə 2 il müddətinə maaşın 20%-nin dövlət nəfinə ödənilməsi şərti ilə Zeynallı barədə yenə də islah işləri cəzası  seçilmişdi.  
RATİ bu cəzaların tətbiqi ilə bağlı məsələnin hüquqi tərəflərini araşdırıb. Cinayət Məcəlləsinin 49-cu maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək pulun tutulmasını nəzərdə tutur. CM-nin 67-ci (hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi) maddəsində deyilir ki, hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Yəni islah işləri cəzası bir şəxs barəsində iki ildən artıq və onun qazancının 20%-dən artıq ola bilməz və məhkəmə qərarları birləşdirilməlidir.
Məsələ ilə əlaqədar Əvəz Zeynallı ilə əlaqə saxladıq. Baş redaktor bildirdi ki, qərarlar birləşdirilib və yekun qərara görə, o 2 il müddətinə maaşının 20%-ni dövlət nəfinə ödəməlidir. Zeynallı onu da əlavə etdi ki, “Yevlax İcra başçısının iddiası əsasında çıxarılan qərarla islah işləri ilə yanaşı mən 6000 AZN, yazıların müəllifi Vüqar Qurdqanlı isə 4000 AZN məbləğində cərimələnmişik. Onun sözlərinə görə,bu qərardan Apellyasiya şikayəti veriləcək.  

Previous Post

“SÖZ AZADLIĞI” HAQQINDA QANUN LAYİHƏSİNİN MÜZAKİRƏSİ LƏNGİYİR

Next Post

MTRŞ YARANDIĞI GÜNDƏN HEÇ BİR RADİO TEZLİYİNƏ TENDER ELAN ETMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.