VƏSATƏTİN TƏMİN OLUNUB-OLUNMAMASI İLƏ BAĞLI QƏRAR SABAH VERİLƏCƏK

Bu gün (24 fevral) 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə "Azərbaycanfilm" Kinostudiyası və "Professional Kinorejissorlar Gildiyası" İctimai Birliyinin, “İctimai Televiziya və Radio yayımları” Şirkətinə (ITV) qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Məhkəmədə hakim T. Əsədova tərəflərə bir daha keçən məhkəmə proseslərində təklif olunan barışıq təklifini xatırlatdı.
Prosesdə ilk çıxış edən iddiaçı tərəfin vəkil Əkbər Bağırov, filmlərin müəllifləri ilə "Professional Kinorejissorlar Gildiyası" və gildiya ilə ölkə ərazisində yayımlanan digər telekanallar arasında bağlanan müqavilələri hakimə təqdim etdi. İddiaçı tərəf eyni zamanda vəsatətlə müraciət edərək məhkəmədən, "SİAR" marketinq araşdırmalar mərkəzinə “İTV” telekanalında yayımlanan Azərbaycan filmlərinin siyahısının təqdim edilməsi ilə bağlı  sorğu göndərilməsini xahiş etdi.
Hakim vəsatətin təmin olunub-olunmaması ilə bağlı qərarın sabah (25 fevral) saat 12:00-da veriləcəyini bildirdi.
Previous Post

ELAN!

Next Post

JURNALİSTİN YAZDIĞI KİTAB SATIŞDAN YIĞIŞDIRILIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.