JURNALİSTİN YAZDIĞI KİTAB SATIŞDAN YIĞIŞDIRILIR

Müstəqil jurnalist Eldəniz Elgünün müəllifi olduğu  “On üç günlük 1001 gecə” adlı kitab satışdan yığışdırılır.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) kitabın müəllifi məlumat verib. Kitabı çap olunduqdan sonra, satılması üçün metro stansiyalarındakı qəzet- kitab köşklərinə və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) kitab evinə verdiyini deyən E. Elgün bildirib ki, ona iki  kitab köşkündən və AMEA-dan belə bir kitabın satışa buraxılmasının mümkünsüzlüyünü deyiblər. Bunu isə kitabın məzmunu ilə əlaqələndiriblər. Belə ki, əsər azərbaycanlı  gəncin erməni qızı ilə yaşadığı sevgi münasibətindən bəhs edir.
E. Elgün müəllifi olduğu “On üç günlük 1001 gecə” əsrində yalnız insani münasibətlərin, insani hiss və duyğularının öz əksini tapdığını bildirib.
Previous Post

VƏSATƏTİN TƏMİN OLUNUB-OLUNMAMASI İLƏ BAĞLI QƏRAR SABAH VERİLƏCƏK

Next Post

RATİ ƏMƏKDAŞI NAXÇIVAN MTN-İNDƏ TƏZYİQLƏ ÜZLƏŞİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.