XARİCİ RADİOSTANSİYALARLA BAĞLI QƏTİ QƏRAR YAXIN GƏLƏCƏKDƏ VERİLƏCƏK

“Xarici radiostansiyaların Azərbaycanda yayımı hüquqi müstəvidə öz həllini tapmalıdır”.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nüşirəvan Məhərrəmli ABŞ dövlət katibinin demokratiya və insan haqları məsələləri üzrə müavini  Devid Kramerin xarici radiostansiyaların Azərbaycanda yayımının davam etdiriləcəyi  ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirərkən  söyləyib.
Məhərrəmlinin sözlərinə görə, radiostansiyaların milli tezliklərlə yayımını davam edib-etdirməyəcəyinə dekabrın ortalarında MTRŞ-nin iclasda aydınlıq gətiriləcək.
Habelə Məhərrəmli AzTV-nin “Amerikanın səsi” televiziyasının “News flash” proqramının yayımının dekabrın 31-dən dayandırılacağı ilə bağlı telekanala xəbərdarlıq etməsini  MTRŞ-nin müraciəti əsasında həyata keçirdiyini etraf edib.

Previous Post

JURNALİSTİN EVİNƏ BASQIN EDƏN ŞƏXS YAXALANIB

Next Post

Jurnalist etikasi kitabinin teqdimati

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.