JURNALİSTİN EVİNƏ BASQIN EDƏN ŞƏXS YAXALANIB

Noyabrın  18-də gecə evinə basqın edilmiş  (http://www.irfs.az/content/view/1536/28/lang,az/)  “Ayna”və “Zerkalo” qəzetlərinin müxbiri,   Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun, habelə Böyük Britaniyanın Hərb və Sülh İcmalları İnstitutunun (iwpr.net) əməkdaşı  İdrak Abbasovun qardaşları ilə bərabər  tutaraq polisə təhvil verdiyi, amma polisin  sərbəst buraxdığı şəxs dünən axşam (21 noyabr) saxlanılıb.

Bu barədə  RATİ-yə Abbasovun özü məlumat verib. Abbasovun sözlərinə görə, onu da dünən axşam saat 23.30-da Binəqədi rayon Polis İdarəsinin 40-ci Polis Bölməsinə dəvət ediblər.

“Həmin şəxs inadla polisə bildirirdi ki, güya qardaşlarımla onu küçədən tutub polisə aparmışıq. Amma mən polisə “niyə gəlib hadisə yerinə baxış keçirmirsiniz, o insanın əl-barmaq izləri pəncərələrimi dəmir çərçivələrində və sairə əşyalarda olmalıdır, şahidlər var” və sairə dedikdən sonra həmin şəxs “qələt eləmişəm, məni bağışla” deyə yalvarmağa başladı”, – deyə qeyd edən Abbasovun sözlərinə görə, həmin şəxsin şəxsiyyəti də artıq  aydınlaşıb. Bu Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini Əli Quliyevdir.

Abbasovun sözlərinə görə, baş vermiş hadisənin icimayiləşməsi və  Daxili İşlər Nazirliyinin məsələyə müdaxilə etdiyi üçün polis ətraflı araşdırma aparıb, hadisənin təsadüfdən və ya sifarişlə baş verdiyi aydınlaşdırılacaq.

Previous Post

20 noyabrda helak olmus jurnalistler

Next Post

Jurnalist etikasi kitabinin teqdimati

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.