SABİQ REJİSSORUN AZTV-YƏ QARŞI İDDİASINA ƏSASƏN QƏRAR SABAH ÇIXARILACAQ

Bu gün (6 aprel) Səbayel Rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə AzTV-nin sabiq rejissoru Nərgiz Cabbarlının “Azərbaycan televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (AzTV) qarşı qaldırdığı iddiaya əsasən məhkəmə prosesi keçirilib.

Prosesdə N. Cabbarlının nümayəndəsi Bayram Rəsulov, qarşı tərəfdən isə AzTV-nin nümayəndəsi Sədrəddin İsgəndərov iştirak edirdilər.
 İddiaçının vəkili B. Rəsulov AzTV-nin 2006-cı ildəki  maaş cədvəlində yer alan imzaların N.Cabbarlıya məxsus olmadığını bildirərək, cədvəlin əslinin məhkəməyə təqdim edilməsini, eləcə də məhkəmə xəttşünaslıq və mühasibat ekspertizasının təyin edilməsi barədə vəsatət qaldırdı.
Vəsatətlə bağlı müşavirə elan edən hakim E. Həsənov vəsatətin təmin edilmədiyini elan etdi.
Daha sonra məhkəmədə tərəflərin çıxışları dinlənildi.
Hakim E. Həsənov iddia tələbi ilə bağlı qətnaməni elan etmək üçün prosesi 7 aprel saat 12:00-a təyin etdi.
Xatırladaq  ki, iddiaya səbəb AzTV sədrinin 30 aprel 2009-cu il tarixli 120 k/d saylı əmri ilə N.Cabbarlının AzTV-dən azad edilməsi və bu barədə ona heç bir yazılı və ya şifahi məlumatın verilməməsidir. Buna görə də iddiaçı həmin əmrin ləğv edilməsini və əvvəlki işinə bərpa olunmasını tələb edərək məhkəməyə müraciət etmişdir.

Previous Post

ELAN!

Next Post

QARABAĞ ƏLİLİ HAQSIZLIQLA ÜZLƏŞDİYİNİ BİLDİRİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.