QARABAĞ ƏLİLİ HAQSIZLIQLA ÜZLƏŞDİYİNİ BİLDİRİR

Bu gün (6 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində 1-ci qrup Qarabağ əlili Məğrur Bədəlli üzləşdiyi haqsızlıqlarla bağlı mətbuat konfransı keçirib.

M.Bədəlli vaxtilə xırda alverlə məşğul olduğunu və vergi işçiləri tərəfindən qanunsuz olaraq toplanan məbləği vermədiyinə görə təzyiqlərlə üzləşdiyini bildirib. Bununla bağlı aidiyyəti orqanlara şikayət etdiyini vurğulayan Qarabağ əlili, nəticədə 400 manat cərimə olunduğunu bildirib.
Məsələ ilə bağlı Yasamal rayon məhkəməsində Vergilər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinə qarşı iddia qaldırdığını qeyd edən M. Bədəlli, təzyiqlərdən bezərək 2008-ci ilin iyun ayında fəaliyyətini dayandırdığını bildirdi. O, həmçinin bu il fevralın 26-da əmlakına həbs qoyulması ilə bağlı Nizami rayon məhkəməsinin qərar çıxardığını bildirib.
Qarabağ əlili olaraq hüquqlarının dövlət tərəfindən qorunmalı olduğunu deyən M. Bədəlli, bunun əksi ilə qarşılaşdığına görə ölkə başçısına müraciət edərək, onun hakimiyyətini tanımadığını bəyan etdi.

Previous Post

SABİQ REJİSSORUN AZTV-YƏ QARŞI İDDİASINA ƏSASƏN QƏRAR SABAH ÇIXARILACAQ

Next Post

MƏTBUATI MÜDAFİƏ KOMİTƏSİ DƏYİRMİ MASA TƏŞKİL EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.