CAVABDEH TƏRƏF POÇTU GÜNAHLANDIRIR

Bu gün Nəsimi Rayon Məhkəməsinin hakimi Məmməd Məmmədovun sədrliyi ilə “Bizim yol” qəzetinin əməkdaşı Natiq Ədilovun Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadəyə qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib.

Prosesdə cavabdeh tərəfin vəkili göndərilən informasiya sorğusuna cavab məktubunu hakimə təqdim etdi və bildirdi ki, məktubun ünvanına çatmaması onların deyil, poçtun günahıdır. Hakim bu məktubun iddiaçı tərəfi qane edib etmədiyini soruşdu. N. Ədilov cavab məktubunun onu qane etmədiyini bildirdi. Bu zaman cavabdeh tərəfin vəkili hakimə bildirdi ki, məktuba cavab verilməsi barədə qətnamə çıxsa belə biz bundan başqa cavab verməyəcəyik.
Bundan sonra hakim prosesi hər iki tərəfin çıxışı üçün aprelin 14-ü saat 17:00-a təyin etdi.

Previous Post

“SPACE” TELEKANALININ SEVİL ƏLİYEVADAN ALINACAĞI BİLDİRİLİR

Next Post

ƏLİ HƏSƏNOV PROKURORLUĞUN MÖVQEYİNİ MÜDAFİƏ EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.