ƏLİ HƏSƏNOV PROKURORLUĞUN MÖVQEYİNİ MÜDAFİƏ EDİB

APA-nın verdiyi məlumata görə, Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Respublika Prokurorluğunun Aqil Xəlillə bağlı yaydığı məlumatın həqiqət olduğunu və həmin məlumatların real prosesləri əks etdirdiyinə cavabdeh olduğunu bildirib: “Azərbaycanın Respublikası Prokurorluğu “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlanması ilə bağlı yaydığı məlumatı məhkəmədə sübut etməyə hazırdır və sübut da edəcək.Təəssüflər olsun ki, bu məsələ ətrafında mətbuatda çox çirkin kampaniya aparılır. Və bu kampaniyaya Azərbaycanın bəzi mətbuat orqanları, eyni zamanda beynəlxalq media nümayəndələri də cəlb olunurlar”

Həsənov ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Onun Azərbaycan mediasının vəziyyətini qiymətləndirməsində qeyri-peşəkar yanaşması özünü büruzə verir. Belə çıxışlar fakta əsaslanmalı və ATƏT təmsilçisinin fikri kiminsə şəxsi mülahizəsi əsasında formalaşmamalıdır. Haraştinin çıxışı isə emosional, subyektiv mülahizələrlə doludur”.

Previous Post

CAVABDEH TƏRƏF POÇTU GÜNAHLANDIRIR

Next Post

“AZADLIQ” QƏZETİ İSTİNTAQDAN İMTİNA EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.