CAVABDEH MƏHKƏMƏ PROSESİNDƏ İŞTİRAK ETMƏDİ

mart 3rd, 2009
Dünən (2 mart) Yasamal rayon məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə “Azad iqtisadiyyata Yardım” Mərkəzinin rəhbəri Zöhrab İsmayılın (İsmayılov) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə iddiaçı tərəfi səlahiyyətli nümayəndə, Media Hüququ İnstitunun hüquqşünası Fariz Namazlı, cavabdeh tərəfi isə  İlqar Abbasov təmsil edirdi.
İddiaçının sorğusuna şifahi cavab verildiyini deyən cavabdehin nümayəndəsi İ. Abbasov onu da qeyd edib ki,  cavab reyestrdə qeydə alınıb.
Bu gün (3 mart) keçirilən məhkəmə prosesində iddiaçı tərəf iştirak etsə də,cavabdeh tərəfdən heç kim iştirak etmirdi. İddiaçı tərəfin vəkili Fariz Namazlı sorğuya şifahi cavab verilməsi ilə bağlı reyestrin olmadığını hakimin diqqətinə çatdırıb. Prosesdə cavabdeh tərəf iştirak etmədiyinə görə, hakim T. İsmayılov məhkəmə prosesini 5 mart 2009-cu il, saat 16.00-a təyin etdi.
Xatırladaq ki Z. İsmayıl informasiya sorğusunu cavablandırmaqdan imtinanın qanunsuz hesab olunması və 8 yanvar 2009 tarixli informasiya sorğusuna cavab verilməsini ƏƏSMN üzərinə vəzifə kimi qoyulmasına dair qətnamə qəbul edilməsi ilə bağlı iddia qaldırıb.