“GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI DAHA BİR İDDİA QALDIRILDI

Mart ayının 2-də Yasamal rayon Məhkəməsində hakim Xəqani Məmmədovun sədrliyi ilə “Hacı Mazan” MMC-nin təsisçisi Ramazan Zeynalovun “Gündəlik Bakı” qəzetinə qarşı irəli sürdüyü şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirildi.

İddiada R. Zeynalov "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu" və 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələrdə öz şərəf və ləyaqətinin təhqir edildiyini bildirib.
Məhkəmə iclasında ilk çıxış edən “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev adıçəkilən məqalələrdə R. Zeynalov barədə heç bir yazının yazılmadığını, yalnız “Hacı Mazan” şirkətinin adının qeyd olunduğunu bildirib. H. Vəliyev həmçinin bu yazılarla bağlı Yasamal Rayon Məhkəməsinin digər hakimi Elçin Qurbanovun icraatında da məhkəmə proseslərinin keçirildiyini bildirib və bu işlərin birləşdirilməsi ilə bağlı vəsatət verib.  Hakim X. Məmmədov cavabdeh tərəfdən bu vəsatətin yazılı surətdə təqdim etməsini tələb etdi və iclası mart ayının 11-i saat 10:00-a qədər təxirə saldı.
Previous Post

CAVABDEH MƏHKƏMƏ PROSESİNDƏ İŞTİRAK ETMƏDİ

Next Post

DEPUTAT JURNALİSTƏ QARŞI QALDIRDIĞI İDDİANI GERİ GÖTÜRƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.