MÜDAFİƏ NAZİRLİYİ “REYTİNQ” QƏZETİ BARƏDƏ MƏTBUAT ŞURASINA MÜRACİƏT EDİB

Müdafiə  Nazirliyi (MN) “Reytinq” qəzetinin 5 iyul sayında dərc olunan “Döyüş və söyüş vərəqələri” başlıqlı məqaləsi barədə ölçü götürmək barədə Mətbuat Şurasına (MŞ)  müraciət edib. Müraciətə səbəb məqalənin müəllifi Taleh Şahsuvarlının sözügedən yazıda “Azərbaycan ordusunda əsgər olmaqla, düşmən düşərgəsində əsir olmaq arasında heç bir fərq yoxdur” kimi  açıq çağırış şüarı ilə çıxış etməsi olub.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən “Reytinq” qəzetinin baş redaktoru Afiq Mirzəbəyli  MN-in reaksiyasının əsassız olduğunu bildirib:
     “Nazirliyin bu müraciəti tamamilə əsassızdır və müxbir öz yazısında Azərbaycan  ordusunda son vaxtlar əsgərlərlə bağlı məlum olaylarla bağlı aparılan istintaq materiallarına istinad edib. Hesab edirəm ki, Müdafiə Nazirliyi müxbirin yazısına bir belə reaksiya verməkdənsə, ordudakı çatışmazlıqları aradan qaldırmağa çalışsın”.
     Mətbuat Şurasının katibliyindən Rəhim Hüseynzadə RATİ-yə  bildirib ki, müraciətə əsasən, hər iki tərəfin iştirakı  ilə anlaşılmazlıqları aradan qaldırmağa çalışacaqlar: “Əgər anlaşılmazlıq aradan qalxmazsa, məsələyə Şikayət Komissiyasının iclasında baxılacaq”.
     Məsələ  ilə bağlı Müdafiə Nazirliyinə dəfələrlə  zəng etsək də, nazirliyin mövqeyini öyrənmək cəhdimiz baş  tutmadı.
Previous Post

SEÇKİ QANUNVERİCİLİYİ İLƏ BAĞLI FORUM KEÇİRİLİB

Next Post

“XƏZƏR-LƏNKƏRAN” FUTBOL KLUBUNUN PREZİDENTİ İKİ JURNALİSTİN HƏBSİNİ İSTƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.