Ömər Məmmədovun vəkili məhkəməni müvəkkilinə bəraət verməyə çağırıb

İyulun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi  ilə qanunsuz narkotik ticarətində ittiham olunan facebook fəalı Ömər Məmmədovun işi üzrə prosesdə müttəhimin vəkili Əlaif Həsənov son sözlə çıxış edib. Bir müddət əvvəl çıxış etmiş vəkil Xalid Bağırov kimi, Həsənov da fəalın cinayət təqibinin siyasi motivləri olduğunu, təqsirinin sübutu olmadığını bildirib və gəncə bəraət verilməsini xahiş edib.

Xatırladaq ki, iyulun 18-də prokuror Məmmədovun 6 il azadlıqdan məhrum edilməsini təklif edib.

Vəkil Həsənov bildirib ki, Məmmədov facebookda “AzTV-dən seçmələr” və “Heydər Əliyev adına” satirik səhifələrin administratorlarından biri olduğuna görə təqib edilir.

Vəkil qeyd edib ki, işdə çox sayda prosessual pozuntular var.

Belə ki, saxlanma protokolunda Məmmədovun hansı müddət üçün saxlanıldığı göstərilməyib. Saxlanıldıqdan sonra ona etibar etdiyi vəkil ilə əlaqə saxlamağa imkan verməyiblər.

Sonra istintaq iddia edir ki, Məmmədov uzun müddət qanunsuz narkotik dövriyyəsi ilə məşğul olduğu haqqında əməliyyat məlumatı əsasında saxlanılıb. Məmmədov Kiprdə təhsil aldığı halda polis bunu necə müəyyən edə bilər?

Narkotiklərin ekspertizasının aparılması haqqında qərar sənədin surəti verilmədən icra edilib və ona alternativ ekspertiza istəmək imkanı verilməyib. Narkoloji ekspertiza bir tərəfdən müəyyən edib ki, Məmmədov narkotik istifadəçisi deyil, digər tərəfdən isə onu uçota almağı tövsiyə edib.

Sonda vəkil məhkəmədən Məmmədova bəraət verməyi xahiş edib.

Hakim Eldar Mikayılov növbəti iclası 4 iyul saat 14.00-a təyin edib. Həmin iclasda Məmmədov yekun sözlə çıxış edəcək.

Xatırladaq ki,  Ömər Məmmədov “Axın”   gənclər hərəkatının    rəhbəri və “Vətəndaş həmrəyliyi” partiyasının üzvüdür. Həbsindən sonra  NİDA  hərəkatına  qayıdıb. Məmmədov İnternetdə sosial şəbəkələrin fəal iştirakçısı idi. Xüsusən, o, facebook-da hakimiyyətin nöqsanlarını ələ salan karikaturaların, kollajların, şərhlərin  yer aldığı “AzTV-dən seçmələr” səhifəsinin adminlərindən biri idi. 2014-cü ilin  yanvarında  narkotik ittihamı ilə həbs edilib.

Previous Post

Appellate Court upholds journalist Nijat Aliyev’s conviction

Next Post

Hüquq pozuntularına etiraz edən daha bir bloggerin həbsi Azərbaycanda internetin azad olması iddiasının yalan olduğunu göstərir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.