İLQAR NƏSİBOVUN KASSASİYA ŞİKAYƏTİNİN İCRAATI YUBADILIR

“Azad Avropa və Azadlıq” radiosunun müxbiri Nəsibov İlqar Elbəyi oğlunun Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Naxçıvan MR Ali Məhkəməsinin 18 yanvar 2008-ci il tarixli qərarından vermiş olduğu kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılması yenidən təxirə salınıb.

Bu barədə Nəsibovun özü RATİ-nin Naxçıvan bölgə müxbirinə məlumat verib. Onun bildirdiyinə görə 10 iyun saat 10. 30-a təyin olunmuş məhkəmə heç bir səbəb göstərilmədən təxirə salınmışdır. Hələ bu gün də məhkəmənin nə vaxt olacağı  haqqında heç bir məlumat yoxdur. 
  İlqar Nəsibova görə onun haqqında çıxarılmış əsassız hökmün Avropa İnsan Haqları Məhkəməsinə getməsinin qarşısını almaq üçün vaxtı uzatmağa çalışırlar.  
  Qeyd edək ki, İlqar Nəsibov 6 dekabr 2007-ci il tarixdə əsassız olaraq həbs olunmuş və CM-nin 147.2 maddəsi ilə bir il şərti iş kəsilmişdir.

Previous Post

RATİ-NİN SƏDRİNƏ QARŞI “QARA PİAR” KAMPANİYASINA BAŞLANILIB

Next Post

“GÜNDƏLİK BAKI” QƏZETİ CƏRİMƏLƏNDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.