Bu gün (20 iyun) Yasamal Rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi Bölüyünün əsgəri Fərdi Mürsəlovun "Gündəlik Bakı" qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirildi.
Hakim iddiaçıların vəsatətini qismən təmin edərək qəzetin 200 AZN məbləğində cərimələnməsi və təkzib verməsi haqqında qərar qəbul etdi.
Xatırladaq ki, iddiaya səbəb qəzetin 8 aprel 2008-ci il tarixli sayında "Mehman Hacalıyevin (M. Hacaliyev Müdafiə Nazirliyi Mənzil İstismar Xidməti Bölüyünün rəisidir – RATİ) qanunsuz əməlləri bitmir" başlıqlı məqalə olub. Əsgər həmin məqaləni heç bir fakta əsaslanmadığını, yazılanların özünü və valideynlərini narahat etdiyini iddia edib. Bu səbəbdən o, qəzetin təkzib verməsini və 50 (əlli) min AZN məbləğində cərimələnməsini tələb edir.