DEMOKRATİYA UĞRUNDA DÜNYA HƏRƏKATI BƏYANAT VERİB

aprel 14th, 2010
Aprelin 11-dən 14-dək İndoneziyanın paytaxtı Cakarta şəhərində dünyanın 25 ölkəsinin  nümayəndələrinin iştirakı ilə Demokratiya Uğrunda  Dünya Hərəkatının altıncı iclası keçirilib. “Mədəniyyətlərin həmrəyliyi:

demokratiya uğrunda birgə iş” mövzusunda keçirilən toplantıda Azərbaycandan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov,  İREX-Azərbaycan təşkilatının nümayəndəsi Şahin Abbasov və politoloq Hikmət Hacızadə iştirak ediblər. Aprelin 14-də iclasın bəyanatı qəbul olunub. Bəyanatda Azərbaycanda həbs olunmuş gənc bloggürlər Emin Milli və Adnan Hacızadənin də azad olunması tələb olunub.  Bəyanatda deyilir:
“Biz, Demokratiya Uğrunda Dünya Hərəkatının altıncı iclasında iştirak edən gənc insanlar,
Aprelin 11-dən 14-nə qədər İndoneziyanın paytaxtı Cakartaya,, hər bir qitədən – 25-dən çox  ölkədən gəlmişik;
Özünün təsisat bəyanatında bildirildiyi kimi, Demokratiya uğrunda Dünya Hərəkatının dəyər və məqsədlərini bölüşürük;
2004-cü ildə Cənubi Afrikada Demokratiya uğrunda Dünya Hərəkatının üçüncü assambleyasında əsası qoyulduğu kimi, Demokratiya uğrunda Dünya Hərəkatının inkişaf etdirilməsinə inanırıq;
Demokratiya uğrunda Dünya Hərəkatının əvvəlki iclaslarında  iştirak edən  gənc insanlar tərəfindən hazırlanan mətn və bəyannamələrin müdafiəsi üçün davamlı dəstək ifadə edirik;
Gənc insanların dünya ölkələrində demokratik dəyişiklik və demokratiyanın inkişafında çox vaxt ön sırada iştirak etməsini qeyd edirik;
Demokratiya işi ilə  məşğul olan gənclərə və tələbələrə qarşı davamlı repressiyadan, zorakılıq və hətta azadlıqdan məhrumetmə cəzalandırılmasından, misal üçün universitet və məktəblərdən kənar etmə, qorxutma hallarından narahatıq;
Siyasi səbəblərdən Kuba hökuməti tərəfindən yola düşmək üçün hazırlıq görməsinə qəsdən əngəl törədilən Kuba oçerk müsabiqəsinin qalibi Celiano Kristian Toranzo Fundiçelnin iştirak etməməsindən təəssüflənirik.
Bütün dünyada avtoritar qaydalara qarşı çıxış edirik;
İnamlarına və fəaliyyətlərinə görə həbs olunmuş gənclərlə həmrəyliyimizi ifadə edirik, misal üçün:     
-Azərbaycandan gənc fəallar Emin Milli və Adnan Hacızadə ;      
– Kubanın gənc liderləri Juan Karlos Herrera Akosta, José Daniel Ferrer Garcia və  Randi  Cabrera Mayor;      
– Misirli gənc bloqçu və yazıçı Mosad Abu Fagr;      
– Sadeq Javad Ahmed Al-Fardan və onun Bəhreyindəki həmkarı ;      
– İran, Çin, Zimbabve, Burma kimi ölkələrdə bir çoxları.
Həmin şəxslərin və başqalarının dərhal azad olunmasına və öz ölkələrində onların hüquqlarına hörmət etməyə çağırırıq;
Digər gəncləri, vətəndaş cəmiyyəti və hökumətləri gənc siyasi dustaqların azad olunması üçün avtoritar hakimiyyətlərə təzyiq göstərməyə cəlb etmək üçün öhdəlik götürürük.”