REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün (14 aprel) Müsavat Partiyasının keçirməyə cəhd göstərdiyi etiraz aksiyasında jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə mane olunmasını pisləyir və bunu məlumat əldə etmək hüququnun pozulması kimi qiymətləndirir. 

Belə ki, aksiyadan reportaj hazırlayan və bu prosesi foto-video lentə almaq istəyən bütün jurnalistlərin qarşısı polis zabitlərinin əmri ilə hərəkət edən mülki geyimli şəxslər tərəfindən kəsilib və onlar jurnalistləri itələyərək ərazidən uzaqlaşdırıblar.

RATİ bəyan edir ki, qanuni peşə fəaliyyətini yerinə yetirən media nümayəndələrinin hadisə yerindən reportaj hazırlamasına və video-foto çəkiliş aparmasına mane olunması jurnalistlərin sərbəst informasiya toplamaq və yaymaq hüququnun pozulmasıdır. Bu hal Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsi (məlumat azadlığı) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsi ilə ziddiyyət təşkil edir. Həmçinin jurnalistin peşə fəaliyyətinə mane olma Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsi (jurnalistin peşə fəaliyyətinə müdaxilə) ilə də cinayət məsuliyyəti yaradır.
RATİ Azərbaycan hakimiyyətini və hüquq-mühafizə orqanlarını beynəlxalq və yerli qanunlara hörmətlə yanaşaraq, jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə şərait yaratmağa, həmçinin  jurnalistlərə mane olaraq, onlara təzyiq göstərmiş şəxsləri cəzalandırmağa çağırır.  

Previous Post

AKSİYADA JURNALİSTLƏRƏ PEŞƏ FƏALİYYƏTİNİ YERİNƏ YETİRMƏYƏ İMKAN VERİLMƏYİB

Next Post

DEMOKRATİYA UĞRUNDA DÜNYA HƏRƏKATI BƏYANAT VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.