Müdafiə nazirinin müavini “Azadlıq” qəzetini məhkəməyə verib

1

Müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov “Azadlıq” qəzetinə qarşı məhkəməiddiası qaldırıb. Bu barədə bu gün (30 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev məlumat verib.

R. Hacıyevin sözlərinə görə, iddia ərizəsində “Azadlıq” qəzeti və əməkdaşı Xaqani Əliyev cavabdeh qismində göstərilib.

Qeyd edək ki, iddiaçı qəzetin 20-24 mart 2013-cü il tarixli sayında Xaqani Əliyevin müəllifliyi ilə dərc edilmiş “Ordu, yoxsa can bazarı” yazısında həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatların yer aldığını, nəticədə Müdafiə Nazirliyinin işgüzar nüfuzuna və qurumun vəzifəli şəxslərinin şərəf və ləyaqətinəciddi xələl gəldiyini deyir. Qəzetdən təkzib və 100 min manat təzminat istəyən nazirlik göstərilən məbləğin “Azadlıq”dan tutularaq Silahlı Qüvvələrin Yardım Fondunun hesabına köçürülməsini tələb edir.

Previous Post

İsmayıllıda fəaliyyət göstərən jurnalist hədələnir

Next Post

Azərbaycanın yayım mediasının qiymətləndirilməsi Media Nəzarət Altında

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.