İsmayıllıda fəaliyyət göstərən jurnalist hədələnir

554351_540945399257009_774192575_n

Aprelin 28-də “Azadlıq” qəzetinin İsmayıllı bölgə müxbiri Elçin İsmayıla  hədə zəngi edilib. Bu barədə bu gün (20 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E. İsmayıl məlumat verib. Jurnalistin sözlərinə görə, İsmayıllı rayon icra hakimiyyəti başçısının keçmiş birinci müavini Rafael Əhmədov ona zəng edərək, sosial şəbəkədə haqqında yazdığı fikirlərə görə onu hədələyib təhqir edib:

“Zəng edib məni və yaxınlarımı ağır söyüşlərlə təhqir etdi. Mənə “pul verib səni döydürəcəyəm, başını əkdirəcəyəm” deyə hədələdi. Buna səbəb isə onun haqqında rayonda ona olan mənfi münasibət, İsmayıllı hadisələrindəki hərəkətləri ilə bağlı yazdığım yazılardır”-deyə jurnalist bildirib.

Keçmiş icra başçısının birinci müavini R. Əhmədov RATİ-yə xəbəri təkzib edərək,  jurnalisti hədələmədiyini dedi:

“O öz səhifəsində ağzına gələni yazaraq məni təhqir edib. Mən ona zəng edib yazdıqlarından narazılığımı bildirmişəm. Onu döydürmək, nə də başını əkdirməklə bağlı heç nə deməmişəm”.

Xatırladaq ki, “Azadlıq” qəzetinin İsmayıllı bölgə müxbiri Elçin İsmayıl yanvarın 23-24-də İsmayıllıda baş vermiş kütləvi aksiyanı işıqlandırdığına görə yerli məmurlar tərəfindən dəfələrlə  təhdid və hədə zəngləri aldığını, həmçinin izlənilməsini bildirir.

Previous Post

Azərbaycanda Media Azadlığı ilə Bağlı Durum Pisləşməyə Doğru Gedir

Next Post

Müdafiə nazirinin müavini “Azadlıq” qəzetini məhkəməyə verib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.