Jurnalist Hilal Məmmədov barəsində rüsvayçı həbs cəzası çıxarılıb

1376344_473404519423753_61427179_n

Bəyanat

Azərbaycan hökuməti uzun müddət hüquq müdafiə sahəsində fəaliyyət göstərmiş, “Tolışi sədo” qəzetinin redaktoru, siyasi motivli ittihamlarla bu gün 5 il həbs cəzasına məhkum olunmuş Hilal Məmmədovu dərhal azad etməlidir, deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu bildirir. Jurnalist üçün çıxarılmış hökm Azərbaycanda söz azadlığının getdikcə daha çox məhdudlaşdırıldığının  göstəricisidir.

Belə ki, Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə narkotik satışı, dövlətə xəyanət və milli ayrı-seçkilik salmaq ittihamı üzrə təqsirli bilinib. Lakin yerli və xarici hüquq müdafiəçiləri hesab edir ki, o jurnalist və etnik azlıqların hüquqlarını müdafiə fəaliyyətinə  həbs olunub. Bundan başqa jurnalistin məhkəməsində çoxsaylı qanun pozuntularına yol verilib. Belə ki, insanların yalandan şahidlik etməsi barədə məlumatlar yayılıb, həmçinin jurnalistin günahkar olduğunu sübuta yetirəcək əsaslı dəlil göstərilməyib.

 Öz son çıxışında Hilal Məmmədov ona qarşı açılmış bu məhkəmə işinin ölkənin adına və beynəlxalq imicinə utanc gətirdiyini qeyd edib.

 “Həm məhkəmənin aparılması qaydası, həm də Məmmədova verilən cəza gələn il Avropa Şurasına sədrlik edəcək ölkənin imicinə zərbə vuracaq bir hərəkətdir. Jurnalistin həbs cəzasına məhkum olunması onun nəinki Konstitusiyada təsbit olunmuş söz azadlığını, eləcə də Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərini pozur”,-deyə RATİ sədri və direktoru Emin Hüseynov bildirib.

Məmmədov Azərbaycanda  ifadə, sərbəst toplaşmaq və birləşmək azadlıqlarını  həyata keçirilən şəxslərə qarşı sərt təzyiq dalğasının qurbanlarından biridir. Azərbaycan hökuməti son  bir neçə ayda  bir çox jurnalist, blogger, gənc fəal və siyasətçiləri həbs  və təqibə məruz qoyub.

 RATİ bir daha Məmmədov barəsində seçilmiş hökmü, eləcə də hazırda həbsdə olan 8 jurnalist, 2 blogger və 3 hüquq müdafiəçisinin həbsini qətiyyətlə pisləyir və onları dərhal azad etməyə çağırır.

Previous Post

Apellyasiya məhkəməsi jurnalisti həbsdə saxladı

Next Post

Pərviz Həşimli prezidentliyə namizədlərə müraciət edib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.