SƏNƏDLİ FİLM MÜSABİQƏSİ ELAN EDİLDİ

Bu gün (8 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Azərbaycanda Fransız İnstitutu  “Bizim Bakı: Dəyişən şəhərdə keçən həyat” sərgisi çərçivəsində  qısametrajlı film müsabiqəsinin elan edilməsi məqsədilə tədbir keçirdi.

Tədbiri açıq elan edən AFİ-nin əlaqələndiricisi Xədicə Hacılı film müsabiqəsinin keçirilməsi  məqsədləri barədə iştirakçıları məlumatlandıraraq, məqsədin  son 20 ildə sürətlə dəyişən Bakı ilə əlaqəli mövzular üzrə 5 dəqiqəlik qısametrajlı ictimai-sənədli filmlərin müsabiqəsinin təşkil etmək olduğunu bildirdi:

“Müsabiqəyə həm professional, həm də həvəskar filmlər təqdim oluna, filmlər istənilən keyfiyyətdə çəkilə bilər. Filmlərə qoyulan əsas tələblər yalnız mövzu və kontekst çərçivəsindədir. Filmlər bu tematikaya daxil olmalı və Fransız kinosunda Yeni Dalğa cərəyanına ilham vermiş Jan Ruşun əsasını qoyduğu “kinohəqiqət” (“cinema verite”) səpkisində (“Bir yay xronikası” filmi) çəkilmiş dokumental film şəklində olmalıdır. Onu da bildirim ki, filmlərin yalnız biri baş mükafatı alacaq, amma təbii ki, 2-ci, 3-cü yerlər üçün və həvəsləndirici mükafatlar da olacaq. Baş mükafat Fransız İnstitutunun təklif etdiyi müxtəlif fəaliyyət növləri haqqında Azərbaycanda fransız İnstitutu üçün internetdə yayımlanacaq qısametrajlı reklam sifarişi və 1000 manat  pul mükafatıdır”, –  deyə bildirən X. Hacılı qeyd etdi ki, filmlər 16-24 sentyabr tarixində sərgi zamanı ictimaiyyətə təqdim olunacaq, filmlərin seçim üçün təqdim edilməsinin son tarixi 30 iyul 2011-ci il, saat 18:00-a kimidir.

 

Previous Post

AVROPA İTTİFAQI ŞURASINA SƏDRLİK POLŞAYA KEÇDİ

Next Post

KİYEVDƏ İNTERNETDƏ SÖZ AZADLIĞI MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.