KİYEVDƏ İNTERNETDƏ SÖZ AZADLIĞI MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

İyulun 6-da Ukraynanın paytaxtı  Kiyev şəhərində bu ölkənin Media Hüququ İnstitutu tərəfindən "İnternetdə  söz  azadlığı  və  senzura" adlı  beynəlxalq konfrans kecirilib.

Konfransda Ukrayna, Rusiya, Azərbaycan, Qırgızıstan, Qazaxıstan və Tacikistanda internetin vəziyyəti ilə bağlı  məruzələr dinlənilib və  müzakirələr aparılıb. Ukraynadan olan vətəndaş  cəmiyyəti  nümayəndələri internetdə  özünütənzimləmə institutunun formalaşmasının əhəmiyyəti  barədə  danışıblar.

 

Konfransda iştirak edən RATİ-nin və İnsan Hüquqları  Klubunun nümayəndəsi Rəsul Cəfərov məruzəsində  Azərbaycanda internet qiymətlərinin yüksək olduğunu, “zəruri olan hallarda”  tənqidi saytların bloklaşdırıldığını, bloggerlərə və  sosial şəbəkələrdə  aktiv olan  gənclərə qarşı təxribatların törədildiyini və onların həbs edildiyini vurğulayıb. R.Cəfərov öz çıxışında gənc fəallar –  Cabbar Savalanlı və  Bəxtiyar Hacıyevin də məhz internetdəkli fəallıqlarına görə qondarma ittihamlarla həbs edildiklərini vurğulayib. Eyni zamanda o internetlə bağlı mövcud olan digər problemlərin də  müzakirəsində  iştirak edib.

Qeyd  edək ki, “İnternews”  və  Mediaya Beynəlxalq Dəstək (IMS) təşkilatları konfransın keçirilməsinə dəstək veriblər.

 

Previous Post

SƏNƏDLİ FİLM MÜSABİQƏSİ ELAN EDİLDİ

Next Post

QHT LƏR NE YARDAN DOYUR NƏ ƏLDƏN QOYUR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.