Donor Fəaliyyəti və İctimai Vəsaitlərin Monitorinqi Koalisiyası təsis olunub. Bu barədə bu gün (29 oktyabr) RATİ-nin mətbuat mərkəzində keçirdikləri mətbuat konfransında koalisiya üzvü, Ekstremal Jurnalistika İnstitutunun sədri İdrak Abbasov məlumat verib.
Onun sözlərinə görə, koalisiyanı Azərbaycanın bir qrup qeyri-hökumət təşkilatı və media resursları təsis ediblər.
Koalisiyanın yaradılmasının səbəbləri barədə açıqlama verən İ.Abbasov bildirib ki, ölkədə fəaliyyəti məlum olmayan bir çox donor təşkilatlar, QHT-lər, ictimai təşkilatlar var ki, onların fəaliyyətlərin səmərəliliyinin artırılmasına, cəmiyyətə yararlı olmasına ehtiyac var.
Koalisiya Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti qurumlarının, QHT-lərin, eyni zamanda xarici və yerli donorların fəaliyyəti ilə bağlı ictimai maarifləndirmə siyasətinin aparılmasına, monitorinqlərin, ictimai müzakirələrin keçirilməsinə, bu istiqamətdə təkliflərin hazırlanmasına üstünlük verəcək.
Bundan əlavə, koalisiyanın əlaqələndiricisi “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli bildirib ki, koalisiyanın əsas məqsədi Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətinin gücləndirilməsi, iki tərəfin- istər QHT, istərsə də donorların fəaliyyətinin ölkənin problemlərinin həllinə, regional təhlükəsizliyin təmin olunması prosesinə yönəldilməsidir. Onun sözlərinə görə, koalisiya çalışacaq ki, QHT-in həyata keçirdiyi layihələrin səmərəliliyi hissediləcək dərəcədə çoxalsın.
O, hazırda koalisiyanın təşkilatlanma prosesinin getdiyini bildirərək, gələcəkdə bu koalisiyanın veb- səhifəsinin yaradılmasının, bülletenlərin hazırlanmasının nəzərdə tutulduğunu bildirib. Bundan əlavə, noyabrın sonlarında koalisiya Azərbaycanda yerli xarici donor-QHT münasibətlərinə həsr olunmuş geniş konfrans keçirməyi planlaşdırır.
“Turan” İnformasiya Agentliyinin direktoru, Açıq Cəmiyyət İnstitutu Yardım Fondununu Bazkı ofisinin sədri Mehman Əliyev vətəndaş cəmiyyətinin fəaliyyətinin gücləndirilməsi məqsədilə donor fəaliyyəti və ictimai vəsaitlərin monitorinqinın aparılmasının vacibliyini vurğulayıb.
Bu koalisiyada 13 QHT, o cümlədən Hərbi Jurnalistlər Birliyi, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi, Ekstremal Jurnalistika İnstitutu İctimai Birliyi və digərləri var.