POLİS YOL QƏZASINDA YARALANMIŞ JURNALİSTİN İFADƏSİNİ ALIB

Oktyabrın 27-də Qaradağ rayonu ərazisində baş vermiş avtomobil qəzası nəticəsində  vəfat etmiş “Poliqon” informasiya agentliyinin rəhbəri və “Milli Yol” qəzetinin redaktoru Şahin Ağabəyli ilə birgə avtomobildə olmuş  və avtomobili idarə edən jurnalist Aqil Ələsgər dünən (28 oktyabr) polisə  ifadə verib.

Bu barədə bu gün (29 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Vaqif Nəcəfov məlumat verib.
Onun sözlərinə  A.Ələsgər ifadəsində hadisə baş verən gün özünü yaxşı hiss etmədiyini qeyd edib. Belə ki, o, sükan arxasında olarkən bir neçə dəfə ürəyi sıxıldığını və hadisənin də gözlənilmədən baş verdiyini və məhz təhlükəsizlik kəmərindən istifadə etdiyi üçün qəzadan salamat çıxdığını bildirib: “Dindirilmə zamanı Aqil Ələsgərli təhlükəsizlik kəmərini taxdığını, Şahin Ağabəylinin isə təhlükəsizlik kəmərindən istifadə etmədiyini deyib.  O ifadəsində, məhz təhlükəsizlik kəməri sayəsində sağ qala bildiyini qeyd deyib”.
Qeyd edək ki, jurnalist A. Ələsgər hal-hazırda Klinik Tibbi Mərkəzdə müalicə olunur.
Xatırladaq ki, oktyabrın 27-də səhər saatlarında Bakı – Qazax  yolu istiqamətində hərəkət edən içərisində “Poliqon” informasiya agentliyinin rəhbəri və “Milli Yol” qəzetinin redaktoru Şahin Ağabəylinin olduğu və jurnalist Aqil Ələsgərin idarə etdiyi “Nissan Tiida” markalı  90 FJ 524 dövlət nömrə nişanlı avtomobil hərəkət istiqamətini itirərək aşmış və nəticədə Şahin Ağabəyli dünyasını dəyişmişdir. Faktla bağlı Cinayət Məcəlləsinin (CM) 263.2-ci maddəsi   (Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanıb.

 

Previous Post

DONOR FƏALİYYƏTİ VƏ İCTİMAİ VƏSAİTLƏRİN MONİTORİNQİ KOALİSİYASI TƏSİS EDİLİB

Next Post

JURNALİSTLƏR ACLIQ AKSİYASINI DAYANDIRDILAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.