PƏRVİZ ƏZİMOVUN İDDİASINA ƏSASƏN KEÇİRİLƏN MƏHKƏMƏ PROSESİNDƏ TƏRƏFLƏR BARIŞMAQ HAQQINDA QƏRAR VERİB

 Bu gün (23 iyun) Lənkəran şəhər Məhkəməsində hakim Azər Səmədovun sədrliyi ilə Pərviz Əzimovun Lənkəran Dövlət Universitetindən (LDU)  xaric olunması ilə bağlı əmrin qanunsuz hesab olunması barədə iddiasına əsasən məhkəmə prosesi keçirilib.Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) P.Əzimovun özü məlumat verib.

P.Əzimov prosesdə səlahiyyətli nümayəndəsi Yaşar Ağazadə, cavabdeh tərəfdən isə səlahiyyətli nümayəndə Ruslan Həmidov iştirak etdiyini bildirib.
   Bugünkü prosesdə Təhsil Nazirliyindən nümayəndənin və LDU-nun rektorunun şahid qismində  məhkəmə prosesinə cəlb edilmək barədə vəsatət qaldırdıqlarını deyən P.Əzimov sonuncu vəsatətin qəbul edildiyini  dedi. Bundan sonra hakim bir daha tərəflərə barışıq təklif edib. P.Əzimov hakimin barışıq təklifinə əsasən hər iki tərəfin məhkəməyə barışıqla bağlı ərizə  təqdim etdiyini bildirdi. Bundan sonra hakim məhkəmə prosesini qeyri-müəyyən vaxta təxirə salıb.
 Xatırladaq ki, LDU-nun rəhbərliyi tələbənin nizam-intizam qaydalarını pozmasına görə universitetdən qovulduğunu bildirir. P.Əzimov isə universitetdə baş verən qanunsuz hallarla bağlı “Cənub Xəbərləri” qəzetinin 10 fevral, 2009-cu il tarixli sayında dərc etdirdiyi “Qapalı otaqlarda açıq bazar” məqaləsinə görə universitetdən qovulduğunu iddia edir.
Previous Post

ELAN!

Next Post

JUHİ ƏMƏK HÜQUQLARININ QORUNMASINA HƏSR EDİLMİŞ DƏYİRMİ MASA KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.