Bu gün (22 may) Nizami rayon Məhkəməsində hakim Ziya Əliyevin sədrliyi ilə “Azadlıq Hərəkatçıları Birliyi”nin (AHB) sədri Təhmasib Novruzovun “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyliyə (Əliyev) qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 148-ci (təhqir), qəzetin əməkdaşları Ramiz Tağıyev və Fərəməz Novruzoğluna (Allahverdiyev) qarşı isə 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələrinə əsasən xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirilməli idi.
Hakim Z.Əliyev naməlum səbəblərdən məhkəməyə hazırlıq iclasını 29 iyun, saat 14:00-a təyin edib.
Qeyd edək ki, mart ayında T.Novruzov haqqında yazılmış məqalələrlə bağlı Sərdar Əlibəyli, Ramiz Tağıyev və Fərəməz Novruzoğlu barəsində iddia qaldırmış və 31 mart tarixində Xətai rayon Məhkəməsində hakim Toğrul Əliyev yazılmış məqalələrin yanlış olması ilə bağlı “Nota” qəzetinin təkzib verməsi, üzr istəməsi barədə qətnamə qəbul etmişdi. Qətnaməyə əsasən təkzib verməli olan “Nota” qəzetinin 05-11 Aprel 2009 -cu il tarixli sayında dərc olunan “Şərəfi tapdanmış, ləyaqəti alçalmış Təhmasib Novruzovdan üzrxahlıq yazısı” başlıqlı məqaləyə görə T.Novruzov yenidən xüsusi ittiham qaydasında iddia qaldırmış və cavabdehlərin CM-nin 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında cəzalandırılmasını tələb edir.