“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev 10 gün müddətinə “karser”ə salınıb.
Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun atası Emin Fətullayev verib. O, bildirib ki, E.Fətullayev məhbuslara verilən yeməklərin keyfiyyətsizliyinə etiraz etdiyinə görə cəzalandırılıb: “Kiminsə qidanın keyfiyyətsizliyinə etiraz edərək yeməkdən imtina etməyini hər hansı bir qaydanın pozulması kimi qəbul etmək düzgün deyil. Hesab edirəm ki, belə bir şeyə görə kiməsə cəza vermək absurddur”.