ƏLİ HƏSƏNOV MİKLOŞ HARAŞTİYƏ AZƏRBAYCANDA SİYASİ PARTİYA YARADIB SİYASƏTLƏ MƏŞĞUL OLMAĞI TÖVSİYƏ EDİR

Dünən “ANS” telekanalının Hesabat verlişində Əli Həsənov jurnalist Aqil Xəlilin döyülməsi ilə  bağlı eləcədə ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin Azərbaycana səfəri ilə bağlı  münasibət bildirib.

İlk növbədə Həsənov  bildirib ki, jurnalist vəsiqəsi olmayan Aqil Xəlil, “Azadlıq” qəzetində cəmi iki ay işləyən fotoqraf  kimi küçədə tanımadığı adamın şəklini çəkmək istəyərkən həmin adamın müqaviməti ilə üzləşib. Haraştiyə gəldikdə isə Həsənov aşağıdakıları bildirib. “Nə xarici ölkədən gəlmiş eksperti, nə hansısa bir təşkilatın rəsmi və qeyri-rəsmi nümayəndəsi  Azərbaycan dövləti ilə bu tonda danışa bilməz. Azərbaycan dövləti azərbaycan xalqının maraqlarını təmin edən rəsmi qurumdur. Dövlətin rəsmi qurumlarına Haraştinin o tonda çağırış etməsi emosionallığın zirvəsidir. ATƏT-in nümayəndəsini biz təyin edirik və bizim ora ödədiyimiz  üzvlük haqqı ilə onlar maliyələşir. Onların vəzifəsi bizim dövlətlərimiz arasında təhlükəsizlik məsələləri üzrə müvafiq strategiyanı müəyyən edib, bizimlə birlikdə müzakirə edib və hansısa qərar qəbul eləməkdən ibarətdir. Mən Haraşti ilə bəlkə 10 dəfə görüşmüşəm. O, peşəkar jurnalist deyil. Haraşti sovet hökuməti dövründə, sovet Macarıstanında hansısa fəaliyyətinə görə 20 gün  həbs olunmuşdur. O, bir az qabaq dövrün ziyalısı kimi, Macarıstanda müəyyən fəaliyyətlər həyata keçirib. Haraşti Azərbaycan mətbuatına dediyi sözlərlə sanki gəlib Azərbaycan jurnalistikasını səfərbər edir ki, hökuməti ilə mübarizəyə qalxsın. ATƏT-in  funksiyası jurnalistləri hakimiyyətlə mübarizəyə səfərbər eləmək deyil, ümumiyyətlə jurnalistikanın vəzifəsi cəmiyyətin informasiya ehtiyacını ödəmək üçündür. Əgər Haraşti Azərbaycanda siyasətlə məşğul olmaq istəyirsə, gəlib bizim vətəndaşlığı qəbul eləsin və özünə partiya yaratsın. Ondan sonra Azərbaycan hökuməti ilə mübarizə aparsın, bir sıra adamları səfərbər eləsin. Haraşti Azərbaycanda 3 media nümayəndəsinin həbsdə olması ilə əlaqədar gəldiyini bildirmişdi. Onun bu fikirlərinin heç bir əsası yoxdur. Mən bəyan edirəm ki, bizim ölkədə heç bir jurnalistə qərəzli münasibət aparılmır. Azərbaycan azad mətbuata görə dünyada 1-ci yerdə olub. Mənim fikirlərim azərbaycan cəmiyyətinin fikirlərinin təzahürüdür. Azərbaycanda olan partiyalar, müxalifətyönlü mətbuatlar və “Azadlıq” qəzeti, “BBC”, “Amerikanın səsi” radiosunda hakimiyyətin rəsmi qurumlarının tənqidi, onların ünvanına yağdırılan böhtanları hər gün görmək olar. Belə mətbuatı dünyanın az-az ölkələrində görmək mümkündür. Hətta ABŞ-da bu cür mətbuatın ömrü çox az olur. Yalnız Azərbaycanda bu mətbuat maneəsizdir. Cibində vəsiqəsi olmayan, hər hansı bir mətbuat orqanının işçisinin, cəmi  iki ay müddətində foto fəaliyyəti ilə məşğul olan bir insanın , küçədə vəsiqəni göstərmədən hər hansı bir adamın şəklini çəkməyə cəhd göstərməsi və şəklinin çəkilməsini istəməyən bir insanın ona müqavimət göstərməsi, onun bu boyda şişirdilməsi  yol verilməzdir. Bu adamın vəsiqəsi yoxdur, əgər yalan deyirəmsə nəşriyyatda dərc eləsinlər, nə vaxt verildiyi tarixi göstərsinlər. Bununla da bu göstərir ki, bu hadisə əvvəlcədən düzəldilmiş bir hadisədir. Onlar belə eləməklə Azərbaycan hakimiyyətini gözdən salırlar. “
Previous Post

BAŞ REDAKTOR YEMƏKLƏRİN KEYFİYYƏTİNƏ ETİRAZ ETDİYİNƏ GÖRƏ “KARSER”Ə SALINIB

Next Post

ÜMUMDÜNYA DEMOKRATIYA NAMİNƏ HƏRƏKATIN 5-Cİ ASSAMBLEYASINDA AZƏRBAYCANDAKI SÖZ AZADLIĞI İLƏ BAĞLI PROBLEMLƏR MÜZAKİRƏ OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.