FƏTULLAYEVİN ATASI OĞLUNA QARŞI MÜNASİBƏTDƏN NARAZIDIR

"Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin atası Emin Fətullayev oğluna qarşı münasibətdən narahat olduğu üçün Penitensiar Xidmətə müraciət edib.

Bu məlumatı RATİ-yə  Emin Fətullayev verib: "Mən bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətində olmuşam. Və rəhbərliyə müraciət edərək, cəzaçəkmə müəssisəsində Eynullaya qarşı olan münasibətə etirazımı bildirmişəm. Cəzaçəkmə müəssisəsində müxtəlif xarakterli insanlar olduğu üçün müəssisə rəhbərliyi bunu nəzərə alaraq onlara xarakterlərinə uyğun münasibət göstərməyi bacarmalıdır. Mənə  bildirdilər ki, məsələ ilə maraqlanarıq".

Qeyd edək ki, Eynulla Fətullayev daxili nizam-intizam qaydalarını pozduğu üçün 10 günlük "karser"-ə salınmış, eyni zamanda ona töhmət verilmişdi. Baş redaktorun atası və vəkili bunları ədalətsiz münasibət kimi qiymətləndirir.

Previous Post

YAP VƏ MƏTBUAT ŞURASI BİRGƏ KONFRANS KEÇİRİBLƏR

Next Post

MTRŞ “KƏPƏZ” TV-yə XƏBƏRDARLIQ EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.