YAP VƏ MƏTBUAT ŞURASI BİRGƏ KONFRANS KEÇİRİBLƏR

Bu gün "Park İnn" otelində keçmiş prezident Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan mətbuatı" adlı konfrans keçirilib.

Konfrans Yeni Azərbaycan Partiyası və Mətbuat Şurası tərəfindən təşkil olunmuşdu. Konfrans zamanı ANS telekanalının Heydər Əliyev və mətbuat mövzusunda çəkdiyi film nümayiş etdirildi. Tədbir zamanı çıxış edən hakimiyyət nümayəndələri və Mətbuat Şurasının sədri Əflatun Amaşov əsasən Heydər Əliyevin mətbuata olan münasibətindən, qayğısından və Əliyevlə media işçilərinin münasibətlərinin tarixçəsindən danışıblar.

Qeyd edək ki, konfransda media nümayəndələri, baş redaktorlar, jurnalistlər iştirak etsə də, mətbuatın hazırkı durumu, problemləri, mətbuata qarşı olan təzyiqlər barədə heç bir söz deyilməyib.

Previous Post

QƏZETLƏRİN SƏYYAR YAYIMINA QADAĞA QOYULDU

Next Post

FƏTULLAYEVİN ATASI OĞLUNA QARŞI MÜNASİBƏTDƏN NARAZIDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.