“EKOLOQ” JURNALİSTLƏR İCTİMAİ BİRLİYİ MÜSABİQƏ QALİBLƏRİNİN ADLARINI AÇIQLADI

Bu gün (30 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Ekoloq” Jurnalistlər İctimai Birliyi “Ətraf mühit problemlərinin həllində KİV-in səfərbər edilməsi” layihə çərçivəsində müsabiqənin nəticələri ilə bağlı mətbuat konfransı keçirdi.

Tədbirdə birliyin sədri Cəmşid Quliyev təşkilatın 2005-ci ildən fəaliyyətə başladığını və elə həmin ildə də elan etdiyi müsabiqəni bu gün bitirdiklərini söylədi: “Bu layihədə bizim əsas məqsədimiz ekoloji problemləri üzə çıxarıb ictimaiyyət rəhbərlərini bu barədə xəbərdarlıq etmək idi. Biz jurnalist olaraq əlimizdən gələni etdik.”
Ətraf mühit problemlərinin həllində Azərbaycandan 4 qurumun bu müsabiqədə qalib olduğunu söyləyən C. Quliyev müsabiqədə ekologiya sahəsində araşdırmalar aparan 18 nəfər jurnalistin iştirak etdiyini bildirdi. Daha sonra müsabiqədə qalib olan jurnalistlərin adlarını açıqlandı.
Birinci yerin qalibi Yeni Dalğa studiyasının rəhbəri İlham Tumas, ikinci yerin qalibi Səs İnformasiya Agentliyinin redaktoru Elçin Bayramlı, üçüncü yerin qalibi Lent.az saytının əməkdaşı Pərvin Abbasov, dördüncü yerin qalibi isə “24 saat” qəzetinin əməkdaşı Nizami Hüseynov oldu. Qaliblər pul mükafatı ilə təltif olundular.
 
Previous Post

ELAN!

Next Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.