HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Dünən (29 mart) Ayəndə Mürsəliyeva 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən A. Mürsəliyeva baş redaktorun səhhətinin normal olduğunu, həmçinin ingilis dilində mütaliyəsini davam etdirdiyini söylədi.
A.Mürsəliyevanın sözlərinə görə, Q.Zahid Azərbaycana siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunmasını insanların siyasi motivlərlə həbsinə son qoya biləcəyini vurğulayıb və mühüm məsələ kimi qiymətləndirib. Baş redaktor həmçinin amnistiyaya düşən qardaşı Mirzə Sakitin (Sakit Zahidov)  azadlığa buraxılmaması barəsində də öz mövqeyini bildirib: “Bu hakimiyyətin məhbuslara fövqəladə münasibətidir”.
Xatırladaq ki, Qənimət Zahidov Cinayət Məcəlləsinin (CM) 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə şərlənərək 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə şərlənərək 6 ay olmaqla 4 il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

“EKOLOQ” JURNALİSTLƏR İCTİMAİ BİRLİYİ MÜSABİQƏ QALİBLƏRİNİN ADLARINI AÇIQLADI

Next Post

“GÜNDƏLİK BAKI”-NIN BAŞ REDAKTORUNUN VƏSATƏTİ TƏMİN OLUNMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.