İQTİSAD MƏHKƏMƏSİ MTRŞ İLƏ BAĞLI İŞİ İCRAATA GÖTÜRDÜ

"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" ictimai birliyinin Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia 1 saylı Bakı İqtisad Məhkəməsi tərəfindən icraata götürülüb.

Mülki iş üzrə məhkəmə prosesi mayın 20-də hakim M.Bayramovun sədrliyilə keçiriləcək. İddiaya əsasən MTRŞ Sumqayıt şəhərində yerli telekanalın açılması üçün "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" ictimai birliyinə (SGHMİB) lisenziya verməməkdə ittiham olunur. “Qanunun Aliliyi” Sumqayıt Regional Hüquq Resurs Mərkəzi bu məsələlərdə təşkilata hüquqi dəstək verir.
Bu barədə açıqlama verən SGHMİB-nin prezidenti Elçin Məmməd MTRŞ-in sədri Nuşirəvan Məhərrəmlinin regional telekanalların inkişafına bürokratik əngəl yaratdığını deyib: "Milli Televiziya və Radio Şurası tərəfindən bölgələrdə yeni telekanalların açılması və lisenziyalaşdırılması təqdirəlayiq haldır. Lakin ölkənin ən iri şəhərlərindən biri olan Sumqayıtın tenderdən kənarda qalması təəssüf doğurur. Hazırda Sumqayıt şəhərində yalnız bir telekanal fəaliyyət göstərir ki, bu da yarım milyona yaxın əhalisi olan bir şəhər üçün xeyli aşağı göstəricidir. Ona görə də "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" ictimai birliyi vətəndaş cəmiyyəti istitutlarına informasiya dəstəyini artırmaq, vətəndaşların rəngarəng maraq və tələbatını təmin etmək və regionların inkişafına töhfə vermək məqsədilə Sumqayıt şəhərində yeni bir telekanalın açılması təşəbbüsü ilə çıxış edib.” –deyən təşkilat rəhbərinin bildirdiyinə görə, bu məqsədlə bu ilin yanvar ayında Milli Televiziya və Radio Şurasına müraciət etsələr də, nəticə müsbət olmayıb və bu səbəbdən də, məhkəməyə müraciət ediblər.
Previous Post

ELAN!

Next Post

MƏĞRUR BƏDƏLSOY: “AZƏRBAYCANDA QANUNLARIN İCRA VƏ TƏTBİQ OLUNMUR”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.